Almaniya Bundesliqasında dekabr ayının ən yaxşı futbolçusu müəyyənləşib.


Rekord.az xəbər verir ki, bu barədə qurumun məbuat xidməti məlumat yayıb.


Ötən ayın ən yaxşısı "Bayern"in hücumçusu Harri Keyn seçilib. 32 yaşlı hücumçu dekabrda 5 qol vurub.


Bundan əlavə, dekabr ayında Keyn "Bayern" üçün Bundesliqada 100 qol vurmaqla tarixi rekordu qırıb.