“Keşlə”nin sabiq üzvü millinin baş məşqçisi oldu
- 05 Yan 2026 15:30
- 87
“Keşlə”nin (hazırkı “Şamaxı”) sabiq futbolçusu Zurab Xizanişvili baş məşqçi təyin olunub.
Rekord.az xəbər verir ki, o, Gürcüstanın U-19 yığmasını çalışdıracaq.
Bu barədə Gürcüstan Futbol Federasiyası məlumat yayıb.
44 yaşlı mütəxəssis daha əvvəl Gürcüstanın U-21 və əsas millisində köməkçi məşqçi, U-16-da isə baş məşqçi kimi fəaliyyət göstərib.
Qeyd edək ki, Zurab Xizanişvili 2015-2017-ci illərdə ölkəmizdə “Keşlə”nin formasını geyinib.