Azərbaycan futbolunun başında duran insanların yarıtmaz fəaliyyəti nəticəsində bir çox futbol adamı futboldan kənar qalıb, futboldan bixəbər olanlar isə futbolda mühüm postlar tutmaqdadır.

Rekord.az xəbər verir ki, futboldan kənar qalan və futboldan kənar sahədə çalışanlardan biri də Pərvin Paşayevdir.

Mingəçevir futbolunun yetirməsi olan Paşayev vaxtı ilə "Qəbələ", "Kəpəz", "Rəvan" kimi komandalarda çıxış edib. Eyni zamanda Azərbaycanın U-17, U-19 və U-21 millilərinin də şərəfini qoruyub. Lakin aldığımız məlumata görə, hazırda Mingəçevirdə saç ustası kimi fəaliyyət göstərir.