“Kəpəz”in futbolçusu sıradan çıxdı
- 20:40
- 29
Misli Premyer Liqasının 6-cı turunda "Sumqayıt"la matçda zədə səbəbindən oyunu yarımçıq dayandıran "Kəpəz" PFK-nın yarımmüdafiəçisi Əli Səmədovun fiziki durumu müəyyənləşib.
Rekord.az xəbər verir ki, 29 yaşlı futbolçu tibbi müayinədən keçib və onun sağ bud əzələsində 2 sm-lik yırtıq aşkarlanıb.
Həkimlərin rəyinə əsasən, Ə.Səmədov 2-3 həftədən sonra yaşıl meydançalara qayıda biləcək. Onun oktyabrın 9-da "Araz-Naxçıvan"la görüşdə forma geyinəcəyi sual altındadır.
Əli "Sumqayıt"la qarşılaşmada ikinci hissənin əvvəlində mübarizəyə qoşulsa da, zədə ucbatından cəmi 13 dəqiqə sonra əvəzlənib.