"Kəpəz" Tovuzda oynamaq istəyir, amma...
- 15:00
- 41
Gəncə stadionu mart-aprelə kimi futbol oyunlarını qəbul etməyəcək.
Rekord.az xəbər verir ki, həmin dövrə kimi "Kəpəz" Gəncədən kənarda oynayacaq.
Komanda hazırda rəqiblərini Qəbələdə qəbul edir. Lakin Tovuz stadionu istifadəyə veriləndən sonra gözlənilirdi ki, "Kəpəz" də bu rayona köçsün. Lakin "Şamaxı" ilə oyundan sonra qazonda yaranan problem səfərindən çətin ki, "Turan Tovuz" rəhbərliyi ikinci bir komandaya Tovuzda oynamağa icazə versinlər. Hətta əldə etdiyimiz məlumata görə, "Kəpəz" rəhbərliyi "Turan Tovuz"a müraciət etsə də, onlara deyilib ki, ən azı yanvara kimi bu, mümkün olmayacaq. Gəncəyə daga yaxın olan Yevlax variantı da var. Lakin ordakı örtük süni olduğu üçün "Kəpəz" ora getmək istəmir.