“Kəpəz” millisinin qapıçısını heyətinə qatdı
- 21:30
- 31
"Kəpəz" daha bir futbolçunun keçidini həll edib.
Rekord.az xəbər verir ki, "sarı-göylər" qapıçı Yusif İmanovu heyətinə qatıb.
23 yaşlı qolkiper ilə mövsümün sonuna kimi müqavilə bağlanıb.
İmanov son olaraq Kosovonun "Malişeva" klubu ilə sözləşmə imzalamışdı. “Sabah”ın sabiq qapıçısı bir müddət Azərbaycan millisinin şərəfini qoruyub.