"İmişli" klubu Jorj Kaşkilyaya yeni müqavilə təklif etsə də, hələ ki, ondan müsbət cavab almayıb.

Rekord.az xəbər verir ki, buna səbəb portuqaliyalıya digər təkliflərin olmasıdır. 

Bizə də bununla bağlı müəyyən məlumatlar daxil olub. Kaşkilya Azərbaycana gələndə onu heç kim tanımırdı, Çexiyanın 3-4-cü liqa klublarında işləmişdi. Ona görə özü də çox yuxarıdan getmədi, verilən maaşa ikiəlli razılaşdı. Lakin artıq CV-dən Azərbaycan Premyer Liqası var,  son çempion "Sabah" üzərində yeganə qələbənin müəllifidir. Deyilənə görə, məhz bu məqamları önə çəkən Kaşkilyanın dostu olan bir menecer ona maaşının qaldırılması tələbi ilə çıxış etməyi təklif edib. Hətta deyib ki, razılaşmasalar mən sənə Portuqaliyada klub tapacam. Məhz bundan şirniklənən portuqaliyalı da hələlik "İmişli"nin təklifinə müsbət cavab vermir.