Bakıdakı UFC turnirinin əsas döyüşündə Fiziyev Torreslə üz-üzə gələcək
- 17:45
- 30
İyunun 27-də Bakıda keçiriləcək UFC turnirinin əsas döyüşündə Azərbaycan təmsilçisi Rafael Fiziyev meksiyalı Manuel Torreslə üz-üzə gələcək.
Bu barədə Rekord.az-a Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.
İdmançılar yüngül çəkidə münasibətlərə aydınlıq gəticəklər.
İkinci əsas döyüşdə isə azarkeşləri ulduz döyüşçü Şarabutdin "Shara Bullet" Maqomedov (Rusiya) ilə "dağıdıcı" döyüş tərzi ilə tanınan Michel Pereira (Braziliya) arasında yüksək səviyyəli orta çəki qarşılaşması gözləyir.
UFC-nin Azərbaycandakı debüt uğurundan sonra təşkilatın regiona yenidən qayıtması Bakının dünya səviyyəli idman tədbirləri və beynəlxalq yarışlar üçün aparıcı məkan kimi mövqeyini daha da möhkəmləndirir.
Qeyd edək ki, Rafael "Ataman" Fiziev (13-5, Bakı, Azərbaycan) hazırda yüngül çəki divizionunda 11-ci pillədə qərarlaşıb və özünəməxsus dünya səviyyəli zərbə texnikası ilə doğma arenada qələbə qazanaraq çempionluq mübarizəsinə geri dönməyi hədəfləyir. Onun rəqibi isə Meksikanın Tijuana şəhərindən olan, UFC-dəki bütün qələbələrini nokautla qazanan və 100 faiz finiş göstəricisinə sahib Manuel "Loco" Torresdir (17-3).