Gənc cüdoçular üçün İstanbul toplanışı
- 16:45
- 31
Gənc cüdoçulardan ibarət Azərbaycan millisi Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Rekord.az xəbər verir ki, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən hazırlıq prosesində 45 cüdoçumuz (33 oğlan, 12 qız) iştirak edir.
Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, qadınlardan ibarət yığmanın böyük məşqçisi Saşa Herkenrat-Vimar rəhbərlik edirlər.
Qarşıdakı yarışlara hazırlıq xarakteri daşıyan toplanış sabah başa çatacaq.