Seleksiya nəticəsində seçilmiş yeniyetmələrə məşq təşkil olunub
- 12:30
- 30
Ölkə üzrə keçirilmiş seleksiya əsasında seçilmiş 14 yaşadək oğlan voleybolçular üçün təlim-məşq toplanışına start verilib. "Rekord.az" xəbər verir ki, bir ay davam edəcək hazırlıq prosesinə ümumilikdə 16 idmançı cəlb olunub.
Abşeron OİK-də təşkil olunan məşqlərə yeniyetmə və gənc oğlanlardan ibarət milli komandanın baş məşqçisi Cahangir Seyed Abbasi rəhbərlik edir. Yeniyetmələrə həm fiziki, həm də texniki hazırlıq üzrə məşqlər həyata keçirilir. Toplanış müddətində fərqlənəcək idmançıların müvafiq yaş qrupları üzrə milli komandalara dəvət olunması nəzərdə tutulub.