
İtaliyadan ilk qələbə, Belçikada 7 qol, Xorvatiyada 6 qolluq matç
- 10 İyn 2025 00:58
- 125
DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçirilib.
Rekord.az xəbər verir ki, 3 qrupda 6 qarşılaşma baş tutub.
İtaliya millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb. "Skaudra Adzurra" öz meydanında Moldovanın qapısından 2 cavabsız top keçirib.
Norveç məğlubiyyətsiz seriyasını davam etdirib. Vikinqlər Estoniyaya 1:0 hesabı ilə qalib gəliblər.
Xorvatiya Çexiyanı 5:1 hesabı ilə məğlub edib. Belçika – Uels matçında isə qapılata 7 qol vurulub.
DÇ-2026-nın seçmə mərhələsi
9 iyun
I qrupu
İtaliya – Moldova 2:0
Qollar: Raspadori, 40. Kambyazo, 50.
Estoniya – Norveç 0:1
Qol: Haland, 62.
Xallar: Norveç – 12. İsrail – 6. Estoniya – 3. İtaliya – 3. Moldova – 0.
J qrupu
Qazaxıstan – Şimali Makedoniya 0:1
Qol: Traykovski, 33.
Belçika – Uels 4:3
Qollar: Lukaku, 15-pen. Tilemans, 19. Doku, 27. De Bröyne, 88 – H.Uilson, 45+7-pen. S.Tomas, 51. B.Conson, 70.
Xallar: Şimali Makedoniya – 8. Uels – 7. Belçika – 4. Qazaxıstan - 3. Lixtenşteyn – 0.
L qrupu
Xorvatiya – Çexiya 5:1
Qollar: Kramariç, 42; 75. Modriç, 62-pen. Perişiç, 68. Budimir, 72-pen – Souçek, 58.
Farer adaları – Cəbəllüttariq 2:1
Qollar: Frederiksberq, 71. Yohannesen, 86 – Skanlon, 23.
Xallar: Çexiya – 9. Xorvatiya – 6. Monteneqro – 6. Farer adaları – 3. Cəbəllüttariq – 0.