Futbol üzrə dünya çempionatı davam edir.


Rekord.az xəbər verir ki, mundialın növbəti oyununda İsveçrə və Kolumbiya yığmaları qarşılaşıb.


"BC Place" stadionunda keçirilən 1/8 final matçının əsas və əlavə vaxtında qələbə qazanan olmayıb – 0:0.


Penaltilər seriyasında isə daha dəqiq oynayan (4:3) İsveçrə 1/4 finala yüksəlib.


Komandanın bu raunddakı rəqibi Argentina seçməsi olacaq.


Mundiala iyulun 19-da yekun vurulacaq.