İspaniya klubunun futbolçusu 15 yaşında vəfat edib
- 14:41
- 39
İspaniyanın "Saraqosa" klubunun akademiyasının üzvü Xorxe Kasado 15 yaşında vəfat edib.
Rekord.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.
Futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Komanda qarşıdakı oyunda Xorxe Kasadonun xatirəsini bir dəqiqəlik sükutla yad etməyi planlaşdırıb.