Fernandi Santuşun istefasından sonra Azərbaycan millisinin baş məşqçisi postuna bir sıra məşqçilərin adı namizəd göstərildi.

Rekord.az xəbər verir ki, bunların sırasında türkiyəli Fatih Terimin də adı hallanırdı.

Yayılan xəbərlərə görə, AFFA onunla əlaqə saxlayıb və Azərbaycan millisində işləyib-işləməməsi haqda fikirlərini soruşub. Lakin bizim bu yaxınlarda əldə etdiyimiz məlumata görə, əslində hər şey əksinə olub. "İmperator" özü AFFA ilə əlaqə saxlayaraq öz xidmətini təklif edib. Bildirib ki, Azərbaycan millisində işləmək istəyir və dəvət olsa, Bakıya gəlməyə hazırdı. Lakin AFFA rəhbərliyi yerli məşqçi olaraq, Ayxan Abbasovla yola davam etməyə qərar verib.