“İmişli”nin futbolçusu əməliyyat olundu
- 20:26
- 44
Misli Premyer Liqasının IX turunda "Kəpəz"lə matçda zədələnən "İmişli"nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunub.
Rekord.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
O, qamış və incik sümüklərinin sınığı diaqnozu ilə əməliyyat keçirib. Əməliyyat uğurla həyata baş tutub və futbolçunun vəziyyəti stabildir.
Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.