“Xankəndi” heyətini yeni hücumçu ilə gücləndirib.


Rekord.az xəbər verir ki, 1-ci liqa təmsilçisi Xəzər Mahmudovu transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.


25 yaşlı futbolçu ilə 2026/27 mövsümünün sonuna kimi nəzərdə tutulan müqavilə imzalanıb.


Qeyd edək ki, Xəzər Mahmudovun son klubu “İmişli” olub.