İmişlidə şahmat turniri keçirilib
- 13:45
- 30
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektoru və İmişli UGİŞM-in birgə təşkilatçılığı ilə Xocalı Soyqırımı şəhidlərinin xatirəsinə həsr olunmuş şahmat üzrə rayon turniri təşkil olunmuşdur.
Rekord.az xəbər verir ki, beş gün davam edən və iki yaş qrupunda keçirilən turnirdə qaliblər Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır.
Yarışın sonunda qaliblərlə xatirə şəkli çəkilmişdir.