İmişlidə şahmat turniri keçirilib
- 11:45
- 28
Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin İmişli rayonu üzrə gənclər və idman sektorunun və İmişli rayonu Uşaq Gənclər Şahmat İdman Məktəbinin birgə təşkilatçılığı ilə “Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü”nə həsr olunmuş şahmat idman növü üzrə rayon turniri keçirilmişdir.
Rekord.az xəbər verir ki, beş gün davam edən yarışda hər yaş qrupunda 1-ci, 2-ci və 3-cü yerin qalibləri Mil-Muğan Regional Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla mükafatlandırılmışdır.
Bununla yanaşı fəal şahmatçılar İmişli UGŞİM tərəfindən təşəkkürnamələrlə təltif olunmuşlar. Yarışın sonunda qalib və fəal şahmatçılarla xatirə şəkli çəkilmişdir.