"İmişli" yeni futbolçu transferini açıqlayıb.


Rekord.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.


Bölgə təmsilçisi 26 yaşlı yarımmüdafiəçi Fərid Nəbiyevlə 1 illik müqavilə imzalayıb.


Oyunçu karyerası ərzində "Slaviya" (Praqa), "Viktoriya" (Jijkov), "Kəpəz", "Turan Tovuz" və "Səbail" klublarının formasını geyinib. O, son olaraq "Kəpəz"in uğurları üçün mübarizə aparıb.