"İmişli" Kaşkilyaya yeni müqavilə təklif edəcək
- 13:00
- 62
"İmişli" klubu baş məşqçi Jorje Kaskilyaya yeni müqavilə təklif edəcək.
Rekord.az-a daxil olan məlumata görə, son oyunda "Qəbələ" üzərində qazanılan qələbə ilə İmişli təmsilçisi böyük ölçüdə Premyer Liqada qalmaq məsələsini həll etdi.
Hansı ki, mövsüm öncəsi də qarşıya qoyulan hədəf bu idi. Rəhbərlik də məhz bu səbəbdən portuqaliyalı ilə yola davama qərar verib. Məsələyə "İmişli"dən də münasibət öyrəndik. Klubun mətbuat katibi Leyla Behbudova məlumatı təkzib etmədi: "Hələ ki, ortada rəsmi heç nə yoxdur. Amma biz klub olaraq, baş məşqçinin işindən razıyıq, mövqeyimiz pozitiv yöndəndir və onunla yola davam etmək istəyirik".