"İmişli" anqolalı futbolçu transfer etdi
- 19:20
- 21
"İmişli" daha bir futbolçu transferini açıqlayıb.
Rekord.az xəbər verir ki, bu barədə bölgə təmsilçisi məlumat yayıb.
"Deku" ləqəbi ilə tanınan Fransişku Moraiş ilə anlaşma əldə olunub. Oyunçu ilə 2+1 illik müqavilə imzalanıb.
Anqolalı yarımmüdafiəçi son olaraq Portuqaliyada "Alverka" komandasının formasını geyinib.