İlyarımdan sonra "Sumqayıt"ın məşqlərinə qoşuldu, hələ ki, problem yaranmayıb
- 08 Yan 2026 10:30
- 81
Uzun fasilədən sonra İsa Sulimani "Sumqayıt"ın məşqlərinə qoşulub.
Rekord.az xəbər verir ki, oxşar hal ötən il də baş vermişdi.
Lakin ilk məşqdən ayağında ağrılan hiss edən pakistanlı futbolçu düşərgəni yarımçıq tərk etmiş, sonradan onun müalicəsinin düzgün aparılmadığı ortaya çıxmışdı. Yenidən əməliyyat olunan futbolçu uzun müddətli müalicə və reablitasiyadan sonra ötən gün yenidən "kimyaçılar"ın düşərgəsinə qoşulub. Bir neçə gündür məşqlərdə iştirak edən müdafiəçidə hələ ki, heç bir ağrı, narahatlıq hiss olunmur. Bu isə müdafiədə problem yaşayan Saşa İliç üçün sevindirici xəbər sayıla bilər.