Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimindəki paraddan keçib.

Rekord.az xəbər verir ki, 27 nəfərlik nümayəndə heyətimiz paraddan 5-ci keçib. Üçrəngli bayrağımızı cüdoçu Rüstəm Orucov və taekvondoçu Fəridə Əzizova daşıyıb.

Qeyd edək ki, Tokio olimpiadasında Azərbaycanı ümumilikdə 44 idmançı təmsil edəcək. Lisenziyaların 9-u cüdo, 7-si güləş, 5-i bədii gimnastikanın qrup hərəkətləri üzrə komanda, 1-i fərdi çövnövçülük, 5-i boks, 3-ü karate, 2-si atletika, 2-si üzgüçülük, 2-si taekvondo, 2-si idman gimnastikası, 1-i güllə atıcılığı, 1-i şosse velosipedi, 1-i qılıncoynatma, 1-i badminton, 1-i triatlon, 1-i stend atıcılığı (vayld-kart) növlərində qazanılıb.