Növbəti mövsümdən I Divizionda yaş limiti ləğv oluna bilər.

Rekord.az-ın məlumatına görə, bununla bağlı AFFA-ya çoxsaylı müraciətlər daxil olub.

İstər məşqçilər, istərsə də futbolçular tərəfdən.

Federasiyadan onlara bildirilib ki, bu məsələnin İcraiyyə Komitəsinin növbəti iclasının gündəliyinə salınması nəzərdə tutulub. Toplantıya gəlincə, hələlik vaxtı müəyyənləşməyib. Bu ay da keçirilə bilər, apreldə də.

AFFA bir neçə ildir ki, I Divizionda yaş limiti tətbiq edir. Hər komandada yaşı 21-dən yuxarı olan yalnız 3 futbolçunun oynamasına icazə verilir. 8 futbolçu isə 21 və 21 yaşın aşağısında olmalıdır. (sportinfo.az)