Mahirin komandasından ölkə çempionatında ilk qələbə
- 23:30
- 19
Polşa Ekstraklasasında 7-ci turun oyunları keçirilir.
Rekord.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Rakuv” öz meydanında “Motor”la qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Mahir Emreli görüşə əsas heyətdə başlayıb. O, 87–ci dəqiqədə əvəzlənib. “Rakuv”un qollarını 42-ci və 77-ci dəqiqələrdə Patrik Makuç vurub.
Bu, “Rakuv”un cari mövsümdə Polşa çempionatında ilk qələbəsi olub.
7 oyundan sonra 3 xalı olan “Rakuv” hazırda 18 komanda arasında sonuncudur.