Azərbaycan millisi toplanışa başlayır
- 23:00
- 27
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi sabah növbəti təlim-məşq toplanışına start verəcək.
Rekord.az xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında təşkil edilən hazırlıq prosesində taktika və texnikanın təkmilləşməsi istiqaməti üzrə çalışmalara üstünlük veriləcək.
Sentyabrın 22-dək davam edəcək toplanışda baş məşqçi Məhəmməd Bəna, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cəzininin rəhbərliyi altında Eldəniz Əzizli, Fərid Sadıxlı, Emin Cavadlı (hamısı 55 kq), Elmir Əliyev, Nihad Quluzadə (hər ikisi 60 kq), Nihat Məmmədli, İlkin Qurbanov, Tural Əhmədov, Ayxan Cavadov (hamısı 63 kq), Həsrət Cəfərov, Fərid Xəlilov, Məhəmməd Şükürzadə (hamısı 67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov, Ruslan Nurullayev, Davud Məmmədov, Cavidan Nehmətov (hamısı 77 kq), Qurban Qurbanov, Elmin Əliyev (hər ikisi 82 kq), İslam Abbasov, Orxan Hacıyev (hər ikisi 87 kq), Emil Abasov, Murad Əhmədiyev (hər ikisi 97 kq), Beka Kandelaki, Sərxan Məmmədov və Məzaim Mərdanov (hamısı 130 kq) iştirak edəcək.
Hazırlıq prosesi oktyabrın 12-dən 18-dək ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək U-23 dünya çempionatına, eləcə də oktyabrın 24-dən noyabrın 1-dək Qazaxıstanın paytaxtı Astanada baş tutacaq böyüklərin dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Rəşad Məmmədov, Murad Məmmədov (hər ikisi 60 kq), Sakit Quliyev (63 kq), Tuncay Vəzirzadə (87 kq) və Arif Niftullayev (97 kq) Almaniya Bundesliqasında çıxış etdikləri üçün növbəti təlim-məşq toplanışında milli komandaya qoşulacaqlar.