Bu gün əvəzedici heyətlə keçirilmiş oyunla bağlı “Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko fikirlərini bölüşüb.


Rekord.az xəbər verir ki, ukraynalı mütəxəssis 7:0 hesablı qələbə barədə bunları söyləyib:


“Əvəzedici komandaya təşəkkür edirəm, çünki onlar yeni yığılıblar və tam hazır olmasalar da, bu oyununun keçirilməsinə razılaşdılar. Oyun bizim üçün vacib idi. Yeni komandayıq, yeni toplaşmışıq. Ona görə də güclü rəqiblə görüşməyə ehtiyac duymadıq. Çalışdıq düşündüklərimizi meydanda tətbiq edək. Belə görüşlərdə hesaba aldanmaq olmaz. Hələ düzəltməli olduğumuz məqamlar var. Bunu gördük və üzərində işləyəcəyik. Müsbət dinamika da gördüm. Vaxtımız var, tədricən istədiyimizə nail olacağıq.


Zədəli futbolçularımız var, onların yoxluğu da müəyyən problemlər yaradır. Ancaq futbolçu həyatını zədəsiz təsəvvür etmək olmaz. Onların düzgün bərpa olunmağı və mümkün qədər tez vaxtda komandaya qoşulmağı lazımdır".