"Gəncə" basketbol klubu ABŞ-dən olan forvard Montavius Mörfi ilə mövsümün sonunadək müqavilə imzalayıb.

Bu barədə Rekord.az-a klubun mətbuat xidmətindən məlumat verilib.

206 sm boya malik basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.

Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan "Minyor"u olub.