
Gədəbəydə şahmat üzrə rayon birinciliyi
- 11:45
- 43
Gədəbəy İdman Klubunda Gədəbəy rayonu üzrə gənclər və idman sektoru Gədəbəy rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin birgə təşkilatçılığı ilə “20 Sentyabr-Dövlət Suverenliyi Günü”nə həsr olunmuş yeniyetmə və gənclər arasında 64 xanalı dama üzrə rayon birinciliyi keçirilib.
Rekord.az xəbər verir ki, əvvəlcə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Birinciliyin qalibləri Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar. Yarışda ümumilikdə 37 nəfər iştirak edib.