Fransa superkuboku Küveytdə
- 14:40
- 34
PSJ və Marsel “Olimpik”i arasında keçiriləcək Fransa superkuboku uğrunda oyunun tarixi və məkanı açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Fransa Peşəkar Futbol Liqası məlumat yayıb.
Matç 2026-cı il yanvarın 8-də Küveytin paytaxtı Küveytdəki Caber Əl-Əhməd stadionunda baş tutacaq.
Fransa superkuboku uğrunda qarşılaşma 2009-cu ildən ölkə xaricində təşkil olunur. Görüş daha əvvəl Qətər, İsrail, Çin, Mərakeş, ABŞ, Tunis və Kanadada keçirilib.