Argentinanın "İndependiente" klubunun futbolçusu Santyaqo Montielin qolu 2025-ci il üçün "Ferents Puşkaş" mükafatına layiq görülüb.


Rekord.az xəbər verir ki, FIFA-nın mətbuat xidməti məlumat yayıb.


O, Argentina çempionatının 16-cı turunda "İndependiente Rivadavia" ilə matçda vurduğu qola görə təltif edilib.


Namizədlər arasında daha 10 futbolçunun adı yer alıb. Santyaqo Montiel cari mövsüm komandasının heyətində 36 oyunda yeddi qol vurub və dörd məhsuldar ötürmə edib.