“Fənərbaxça” yeni transferini rəsmən açıqladı
- 15 İyn 2022 19:30
- 508
“Fənərbaxça” heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Santa Klara"dan Linkoln Henrikeni transfer edib.
23 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.
“Fənərbaxça” braziliyalı üçün Portuqaliya klubuna 3,5 milyon avro ödəyəcək.