"Neftçi"dən Hövsana köç
- 11:00
- 56
"Neftçi"nin futbol akademiyasının bəzi uşaq komandaları Hövsana köçəcək.
Rekord.az xəbər verir ki, AFFA-nın 15 yaşlı futbolçular arasında keçirilən dünya çempionatı üçün tikdiyi meydançalar hazırda boşdur.
Paytaxt klubu federasiya ilə bu məsələdə razılığa gəlib. "Neftçi" kiçik ölçülü bir neçə meydançanı birləşdirib standard ölçüyə salacaq. Daha sonra isə bir neçə uşaq komandasını bura köçürəcək.