“Sabah" və "Qarabağ"ın U-19 komandaları növbəti oyunlarını keçirəcəklər
- 12:40
- 37
"Sabah" və "Qarabağ" klublarının U-19 komandaları UEFA Gənclər Liqasında növbəti oyunlarına bu gün çıxacaqlar.
Rekord.az xəbər verir ki, "Sabah" əsas mərhələnin 4-cü turunda Norveç təmsilçisi "Vikinq"in müvafiq yaş qrupundan ibarət kollektivinin qonağı olacaq.
Qarşılaşma "Sandnes Ulf Arena"da, Bakı vaxtı ilə saat 16:00-da start götürəcək. U-19 daha əvvəl Dortmund "Borussiya"sına (0:2), Çexiyanın "Slaviya" (0:3) və İngiltərənin "Mançester Yunayted" (0:5) komandasına məğlub olub.
"Qarabağ" isə 2-ci təsnifat mərhələsinin cavab görüşündə Xorvatiyada "Dinamo"nun qonağı olacaq. Matç Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Bakıdakı ilk qarşılaşmada Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv rəqibinə uduzub - 1:2.