Ertem Şener TVNET platformasında!
- 17:29
- 38
TVNET platformasından futbol azarkeşlərinə daha bir xoş xəbər!
TVNET platformasına aid olan SPORT TV kanalının dəvəti ilə QARABAĞ-ÇELSİ oyunu üçün Azərbaycana səfər edən məhşur Türkiyəli idman aparıcısı və şərhçisi Ertem Şenerin çıxışları çox böyük maraqla qarşılanmışdı. Onun yenidən ölkəmizdə olması və bu cür layihələrin davam etməsi ilə bağlı həm azarkeşlərin, həm də ictimaiyyətin çağırışı var idi.
Bütün bunları nəzərə alan SPORT TV telekanalı Ertem Şenerlə əməkdaşlıq çərçivəsində uzunmüddətli layihə reallaşdırır. Bundan sonra hər Çempionlar Liqası həftəsi Ertem Şener TVNET platformasına aid TVNET SPORT, SPORT TV və SPORT TV 2 kanallarında “matça doğru” verilişlərdə ekspert kimi çıxış etməklə yanaşı, SPORT TV-də seçilmiş oyunları şərh edəcək. UEFA Çempionlar Liqasının və Avropa Liqasının əsas mərhələ oyunlarının növbəti turlarında baş tutacaq qarşılaşmalar məhz Ertem Şenerlə yerli şərhçilər tərəfindən daha fərqli təqdim ediləcək.
Beləliklə, TVNET platformasına qoşularaq Siz SPORT TV, SPORT TV 2 və TVNET SPORT kanallarında UEFA Çempionlar Liqası, Avropa Liqası və Konfrans Liqasının oyunlarına Ertem Şenerin şərhləri ilə izləyə bilərsiniz.
TVNET platformasına qoşulmaq üçün:
Web.: ott.tvnet.az
WhatsApp/Tel.: +994555005335
TVNET – futbol bizdə izlənilir!