Emin Mustafayev: "İlk turda uşaqlar var idi ki, himnin sözlərini bilmirdi"
- 11:00
- 39
"Bakı Futbol Federasiyası"nın təşkilatçılığı, AFFA-nın dəstəyi ilə keçirilən "Sabahın ulduzları" turnirində iştirak edən "Neftçi" U-14 komandasının baç məşqçisi Emin Mustafayev Rekord.az-a təəssüratlarını bölüşüb: "Bu cür turnirin keçirilməsi təqdirəlayiqdi. Çoxdan idi təşkilati baxımdan bu cür yaxşı turnir izləmirdik. Xüsusilə çempionat qabağ yerinə düşdü. Çünki bu futbolçular ilk dəfə böyük meydançada çıxış edəcəklər. Bu baxımdan da bu turnirdə oynamaqla buna da öyrəşmiş oldular. Milli komanda baxımından da önəmlidir. Vətənpərvərlik baxımından da xüsusi rolu var, hər oyundan qabaq himn oxunur. İlk turda uşaqlar var idi ki, himnin sözlərini bilmirdi, biri belini qaşıyırdı, biri duruşunu bilmirdi. Bundan başqa, oyunlar canlı yayımlanır, bu da əlavə motivasiyadı, məşqçi kimi mənim özüm üçün də maraqlıdır.AFFA rəhbərliyinin, Edmundun oyunları canlı izləməsi də diqqətdən xəbər verir".