AFFA-nın baş katibinin müavini Elçin Məmmədov UEFA-nın Nyon şəhərində yerləşən baş qərargahında Klubların Lisenziyalaşdırma Komitəsinin iclasında komitə üzvü qismində iştirak edib.


Rekord.az xəbər verir ki, iclasda aşağıdakı məsələlər müzakirə olunub:


- UEFA Klub Lisenziyalaşdırma və Maliyyə Dayanıqlığı üzrə yeniliklər;

- Klub sahibliyi ilə bağlı məsələlər;

- UEFA Həmrəylik Mexanizminin 2025/2026 mövsümü üçün tətbiqi;

- UEFA Maliyyə Dayanıqlığı Qaydalarının keçid dövrünün başa çatması;

- UEFA-nın tibbi və antidopinq tələbləri.

 

İclas zamanı müvafiq sahələr üzrə yenilənmiş qaydalar, 2025/2026 mövsümünə dair planlaşdırılan tədbirlər və klub futbolunun inkişafı ilə bağlı strateji istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.