"Səbail"in yayda transfer etdiyi Momo Sako "Neftçi"də forma geyinən Falaye Sakonun qardaşıdır.

Rekord.az xəbər verir ki, Momo Bayıl təmsilçisində əsas heyət oyunçusu sayılmır.

Lakin maraqlıdır ki, buna rəğmən I Liqa təmsilçisində ən çox maaş alan 2-3 futbolçudan biridir. Deyilənə görə, aylıq maaşı 3 min dollara yaxındır.  Klubun bazasında qaldığı üçün kirayə pulu da vermir.