AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda Bizon Azərbaycan Kuboku yarımfinal mərhələsinin ilk oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.


“Turan Tovuz” – “Zirə” görüşündə “Turan Tovuz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə “Turan Tovuz” komandası 5000 manat cərimə edilib.


“Turan Tovuz” – “Zirə” görüşü bitdikdən sonra “Turan Tovuz” klubunun idarə heyətinin sədri Ehtiram Quliyev AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verdiyinə görə “Turan Tovuz” komandası 15000 manat cərimə edilib.


“Turan Tovuz” – “Zirə” oyununda “Zirə” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə” komandası 700 manat cərimə edilib.