Konfrans Liqasının 1/4 final mərhələsinə start verilib.

Rekord.az xəbər verir ki, bütün oyunlar eyni gündə keçirilib.

“Rayo Valyekano” evdə AEK-lə, Donetsk “Şaxtyor”u “Alkmar”la, “Kristal Pelas” da “Fiorentina” ilə qarşılaşıb. Hər üç oyunda meydan sahibləri darmadağına seviniblər. “Maynts” isə “Strasburq”la matçdan inamlı qələbə ilə ayrılıb.

Cavab qarşılaşmaları aprelin 16-da keçiriləcək.

Avropa Konfrans Liqası
1/4 final, ilk oyunlar

9 aprel

Rayo Valyekano (İspaniya) – AEK (Yunanıstan) 3:0
Qollar: Akomaç, 2. U.Lopes, 45+2. Palason, 74-pen.

Şaxtyor (Ukrayna) – Alkmar (Niderland) 3:0
Qollar: Pedrinyo, 72. Alisson, 81; 83.

Kristal Pelas (İngiltərə) – Fiorentina (İtaliya) 3:0
Qollar: Mateta, 24-pen. Mitçell, 31. Sarr, 90.

Maynts (Almaniya) – Strasburq (Fransa) 2:0
Qollar: Sano, 11. Poş, 19.