AFFA İntizam Komitəsinin iclası keçirilib.


Rekord.az xəbər verir ki, iclasda bu qurumun bayrağı altında keçirilən bəzi yarışlarla bağlı aşağıdakı qərarlar qəbul edilib.


Region Liqasında keçirilməli olan “Zəfər 44” - “Naxçıvan” FK oyunu “Zəfər 44” komandası ev sahibi kimi öhdəlikləri icra etmədiyinə görə baş tutmadığı üçün bu komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-12 Liqasında keçirilməli olan “Kəpəz” PFK - “Qoşqar” oyunu “Qoşqar”da yetersay düzəlmədiyi üçün baş tutmadığına görə “Qoşqar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-12 Liqasında keçirilməli olan “Difai” FK - “Kürdəmir” FK oyunu “Difai” təyin edilən vaxtda meydanda olmadığına görə baş tutmadığına və “Difai” komandası artıq 3-cü dəfədir oyuna gəlmədiyi üçün bu komanda yarışlardan kənarlaşdırılıb.


Yüksək Qızlar Liqasının “Zaqatala” QFK - “Liman” UFK oyunu “Zaqatala”da yetersay düzəlmədiyi üçün baş tutmadığına görə “Zaqatala”y 0:3 hesablı texniki məğlubiyyət verilib.


U-14 Qızlar Liqasının “Mil-Muğan” (İmişli) - “Çinar” (Göyçay) oyununda “Mil-Muğan” protokoldan kənar oyunçularla oyuna gəldiyi, eyni zamanda yetərsay düzəlmədiyindən oyun baş tutmadığına görə “Mil-Muğan”a 0:3 hesablı texniki məğlubiyyət verilib.