
DÇ: Hidayət Heydərov ilk görüşdə məğlub oldu
- 15 İyn 2025 14:22
- 159
Azərbaycan cüdoçusu Hidayət Heydərov (73 kq) Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında mübarizə aparıb.
Rekord.az xəbər verir ki, olimpiya, dünya və Avropa çempionu ilk görüşdə məğlub olub.
27 yaşlı idmançı 1/16 final mərhələsində Portuqaliya təmsilçisi Otari Kvantidzeyə uduzub.
Bu gün Fidan Əlizadə (57 kq) və Rəşid Məmmədəliyev (73 kq) də tatamiyə çıxacaq.