DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinin püşkü atılıb.


Rekord.az xəbər verir ki, raundun yarımfinal mərhələsində üz-üzə gələcək millilər bəlli olub.


A yolu


İtaliya - Şimali İrlandiya


Uels - Bosniya və Herseqovina


B yolu


Ukrayna - İsveç


Polşa - Albaniya


C yolu


Türkiyə - Rumıniya


Slovakiya - Kosovo


D yolu


Danimarka - Şimali Makedoniya


Çexiya - İrlandiya


Bundan əlavə, qitələrarası püşkün nəticəsinə əsasən Yeni Kaledoniya - Yamayka cütünün qalibi mundiala vəsiqə uğrunda Konqo Demokratik Respublikası ilə üz-üzə gələcək. Boliviya - Surinam duelinin güclüsü isə İraqla münasibətlərə aydınlıq gətirəcək.


Avropa zonası üzrə pley-off oyunları 2026-cı il martın 26-31-i aralığında keçiriləcək.