
Cüdoçumuz dünya çempionatında iştirak edə bilməyəcək
- 16:20
- 41
Azərbaycan cüdoçusu Murad Fətiyev (90 kq) qarşıdan gələn dünya çempionatında iştirak edə bilməyəcək.
Rekord.az xəbər verir ki, bu barədə Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Buna səbəb idmançının Monteneqronun paytaxtı Podqoritsada keçirilən böyüklər arasında Avropa çempionatında üçüncü yer uğrunda görüşdə zədə almasıdır.
Qeyd edək ki, təmsilçimiz həmin qarşılaşmadan qalib ayrılaraq bürünc medala sahib olub.