Azərbaycan cüdoçularının Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək "Böyük Dəbilqə" turnirində ilk rəqibləri müəyyənləşib.


Rekord.az Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün turnirin püşkatma mərasimi keçirilib.


Balabəy Ağayev və Turan Bayramov (hər ikisi 60 kq) mübarizəyə 1/8, Elşən Əsədov (66 kq) isə 1/16 finaldan qoşulacaq.


60 kq, 1/8 final


Balabəy Ağayev – Konstantin Simeonidis (BƏƏ) / Mendsayxan Nyamsuren (Monqolustan) cütünün qalibi ilə


Turan Bayramov – Sumiyabazar Enxtayvan (Monqolustan) / Yuantao Van (Çin) cütünün qalibi ilə


66 kq, 1/16 final


Elşən Əsədov – Cantsandorj Unurbat (Monqolustan)


Qeyd edək ki, yarış sabah, Bakı vaxtı ilə saat 8:00-da başlayacaq.