Azərbaycanın yeniyetmə oğlan cüdoçulardan ibarət millisi Rusiyanın Xabarovsk şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.


Rekord.az xəbər verir ki, hazırlıq prosesində 5 cüdoçu iştirak edib.


Xatırladaq ki, idmançılar daha əvvəl Xabarovskda Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə mübarizə aparıblar.


Azərbaycan cüdoçuları yarışı 1 qızıl və 1 bürünc medalla tamamlayıb.