
Cüdoçularımız Türkiyədə beynəlxalq təlim-məşq toplanışına qatılıblar
- 07 May 2025 16:40
- 56
Azərbaycanın cüdo üzrə gənclərdən ibarət milli komandası Türkiyənin İstanbul şəhərində keçirilən beynəlxalq təlim-məşq düşərgəsinə qatılıb.
Rekord.az xəbər verir ki, toplanış Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə baş tutur.
Hazırlıq prosesində cüdoçularımıza gənclərdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli və məşqçi Elxan Rəcəbli rəhbərlik edir.
Təlim-məşq toplanışı mayın 31-dən iyunun 1-dək Avstriyanın Qrats şəhərində və iyun 21-dən 22-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək gənclər arasında Avropa Kuboku turnirlərinə hazırlıq məqsədi daşıyır.