
Cüdo məşqçiliyi üçün Qubada xüsusi proqram
- 16 İyl 2025 19:00
- 39
Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında imzalanmış üçtərəfli anlaşma memorandumuna əsasən cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələr üçün Qubada xüsusi proqram start götürüb.
Rekord.az xəbər verir ki, proqram çərçivəsində Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi ilə praktiki cüdo dərsləri keçirilir.
Tədris prosesinə müxtəlif ölkələrdən dəvət olunmuş tanınmış ekspertlərlə yanaşı, cüdo pedaqogikasını dərindən mənimsəmiş yerli mütəxəssislər də cəlb olunub.
Təşəbbüsün əsas məqsədi cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan tələbələrin beynəlxalq standartlara uyğun bilik və bacarıqlara yiyələnməsini təmin etməkdir.
Qeyd edək ki, proqramda 60-dan artıq tələbə iştirak edir.