“Çox çətin və vacib qələbə qazandıq” - Berdıyev
- 20:20
- 34
"Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev Misli Premyer Liqasının 28-ci turunda səfərdə "Araz-Naxçıvan"a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 3:0 hesabı ilə qalib gəldikləri matçla bağlı bunları söyləyib:
"Çox çətin və vacib qələbə qazandıq. İkinci hissədə göstərdikləri oyuna görə futbolçularıma təşəkkür edirəm. Çempionatın sonuna yaxın çox vacib 3 xal əldə etdik”.