“Qarabağ” bu gün Premyer Liqanın 27-ci turunda “Şamaxı”nın qonağı olub.


Rekord.az xəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən matçdan sonra “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı olub. Qurbanov 0:0 hesabı ilə başa çatan matçı belə şərh edib:


“Futbolçularıma, azarkeşlərimizə təşəkkür edirəm. Son saniyələrə kimi yaxşı mübarizə getdi. Qalib gələ bilmədik. Olur belə hallar. Ayxan Abbasova və komandasına uğurlar arzulayıram.


Çempionluğa çoxdan təsir olub, təkcə bu oyun deyil. Az xal fərqi yox idi bu oyuna kimi. Qarşıdakı oyunlara hazırlaşacağıq. Titul baxımından belə hallar olur. Amma hər bir halda, mübarizəmizi sonadək davam etdirəcəyik.


Abdullah Zubirin gedəcəyi və ya qalacağı ilə bağlı məndə bir məlumat yoxdur. Başa düşürük ki, futbolun qanunlarıdır, uğurlu mövsümdən sonra hər bir futbolçuya təkliflər olması normaldır. Yerli oyunçulara da təkliflər olmuşdu. Komandada əcnəbilərin sayı çox olduğu üçün daha çox onlara təklif olurdu (gülür)”.